UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monakoda başlayacaq. Avropanın ən güclü 32 komandası hərəsində dörd klub olmaqla səkkiz qrupa bölünəcək.

Qaydalara əsasən, komandaların adları dörd səbətə yerləşdirilib. Bölgü belədir:

Birinci səbət

“Real” (İspaniya), “Barselona” (İspaniya), “Lester” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya);

İkinci səbət

“Atletiko” (İspaniya), “Borussiya” D (Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Porto” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Almaniya);

Üçüncü səbət

“Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Lion” (Fransa), PSV (Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” M (Almaniya);

Dördüncü səbət

“Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), “Dinamo” (Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya).

Xatırladaq ki, qrup mərhələsinin oyunlarına sentyabrın 13-14-də start veriləcək.

Xəbər 727 dəfə oxundu.