“Bakı” tay-brekdə uduzdu
Qadın voleybolçular arasında Çellenc kubokunun 1/4 finalında ilk oyunlar start götürüb. İdman.com.az saytının məlumatına görə, təmsilçimiz “Bakı” bu mərhələdə 1-ci matçını səfərdə “Omiçka”ya qarşı keçirib. Görüş gözlənildiyi kimi gərgin keçib. Ancelo Vercesinin komandası Rusiya Super Liqasının sensasiya sevən klubunu büdrətməyə çalışsa da, yekunda bunu bacarmayıb.
Debütantımızın taleyi indi Bakıdakı cavab görüşdən asılıdır. Növbəti mərhələyə adlamaq üçün “zolaqlılar” əvəz çıxmalı, üstəlik, “qızıl set”də qalib gəlməlidir.

Çellenc kuboku. Qadınlar
1/4 final mərhələsinin ilk oyunu
22 fevral

“Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)
Hakimlər: Aleksandr Piasetski (Belarus), Kaspars Timermanis (Latviya)
Omsk, Viktor Blinov adına İdman-Konsert Kompleksi

Xəbər 989 dəfə oxundu.