Qarabağ - Qöteborq matçına 15 000 bilet satılıb
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçin "Qöteborq" klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Artıq bu oyuna 15 000 bilet satılıb.

Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu isə 31200 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün keçiriləcək və saat 20:30-da start götürəcək. İlk oyunda Ağdam klubu 0:1 hesabıyla məğlub olub.

Xəbər 859 dəfə oxundu.