“Sumqayıt” futbol klubunun oyunçuları milli komandaya çağırılıblar
2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı təşkil olunacaq. Çempionata hazırlıq çərçivəsində milli komandamız sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq. Artıq bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən Bakıda təlim-məşq toplanışı başlayıb.

Sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" futbol klubunun üzvü Kamran Ağayev millinin heyətində yer alıb.

Həmçinin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimiz sentyabrın 6-da “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığmasının da heyəti məlum olub. Heyətdə "Sumqayıt"ın 3 üzvü - Azər Salahlı, Tərlan Əhmədli və Xəyal Nəcəfov da var.

Xəbər 787 dəfə oxundu.