“Qəbələ” növbəti oyununa çıxacaq
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununu da münasib nəticə ilə başa vurmaq və qrup mərhələsinə vəsiqə qazanmaq istəyir.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
25 avqust

22:15. "Maribor" - "Qəbələ"
(İlk oyun - 1:3)
Hakimlər: Viktor Kaşşai, Georgi Rinq, Vençel Tot, Tamaş Boqnar (hamısı Macarıstan).
Maribor. "Lyusdki Vrt".

Xəbər 635 dəfə oxundu.