AZAL futbol klubu milli komanda ilə oynayacaq
Milli komandanın təlim-məşq toplanışı ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədən səmərəli istifadə etməyə çalışan klublarımız yoxlama matçlarında qüvvələrini sınamaq niyyətindədir.

Üç turdan sonra aktivindəki bir xalla turnir cədvəlinin son pilləsində qərarlaşan AZAL da fasilədən yararlanmaq istəyir. Tərlan Əhmədovun komandası bir neçə yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.

Şüvəlan təmsilçisinin sınaqçı rəqiblərdən biri artıq məlumdur. Belə ki, AZAL 21 yaşlılardan ibarət milli komandamızla hazırlıq matçında üz-üzə gələcək.

Xəbər 751 dəfə oxundu.