Əliyev Azərbaycan millisində oynamaqdan imtina etdi
AFFA Rusiyada çıxış edən daha bir futbolçunu Azərbaycan yığmasına cəlb etməyə çalışır. söhbət sözügedən ölkənin birinci divizionunda çıxış edən "Yenisey" klubunun futbolçusu Azər Əliyevdən gedir.

Amma 22 yaşlı futbolçu Rusiya vətəndaşlığını daşıyır və bu ölkənin milli komandasında çıxış edəcəyinə ümid bəsləyir. Bu üzdən də o, AFFA-nın təklifini qəbul etmək istəmir.

Xəbər 804 dəfə oxundu.