Premyer Liqada 4-cü turun oyun cədvəli
Premyer Liqanın 4-cü turunun oyun cədvəli Peşəkar Futbol Liqasının rəsmi saytında hələ də açıqlanmayıb. Bu, "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı oyunları ilə əlaqədardır.

Həm növbəti turun, həm də bütövlükdə mövsümün qalan hissəsinin təqvimi bu iki klubun avrokuboklardakı aqibətindən asılıdır. Amma 4-cü turda qarşılaşacaq cütlüklər və oyun günləri ilkin versiya olaraq məlumdur:

Premyer Liqa
4-cü tur
10-11 sentyabr

"Neftçi" – "Qəbələ"
AZAL – "Qarabağ"
"Kəpəz" – "Zirə"
"Sumqayıt" – "İnter"

Hər iki klubumuz Avroliqanın qrup mərhələsinə vəsiqə qazansa, onların istəyinə uyğun olaraq, oyunlarının tarixi bir gün əvvələ və ya sonraya keçirilə bilər. Bu, təmsilçilərimizin mövsümün qalan hissəsindəki oyunlarında da nəzərə alınacaq.

Xəbər 694 dəfə oxundu.