Millimiz San Marino ilə oyunun hazırlığına tam heyətlə başlamayacaq
Futbol üzrə Azərbaycan yığması sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə oyunun hazırlığına start verəcək. Hazırlıq prosesi sentyabrın 2-nə qədər davam edəcək.

Amma millimiz Bakı toplanışına heç də tam heyətlə başlamır. İlk günlərdə "Qarabağ" (Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Əfran İsmayılov, Qara Qarayev, Mahir Mədətov) və "Qəbələ"nin (Məhəmməd Mirzəbəyov) oyunçuları millinin düşərgəsinə yer almayacaq.

Bundan başqa, legioner həyatı yaşayan Pavel Paşayev, Dmitri Nazarov, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev də komandamıza avqustun 28-29-da qoşulacaq.

Xəbər 762 dəfə oxundu.