İnter Qəbələnin rəqibi olmuş komanda ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, Premyer Liqada yaranan fasilədən səmərəli istifadə etmək istəyən "İnter" bu gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq. Zaur Svanadzenin çalışdırdığı komanda saat 20:30-da səfərə çıxacaq.

"Bankirlər" qonşu ölkədə iki yoxlama oyunu keçirəcək. Rəqiblərdən də biri artıq bəllidir. "İnter" qonşu ölkədə yerli "Samtredia" ilə sınaq matçına çıxacaq. Oyun avqustun 28-də baş tutacaq.

Digər sınaq matçı sentyabrın 1-nə planlaşdırılıb. Rəqibin kim olacağı isə hələlik, bəlli deyil.

Qeyd edək ki, "Samtredia" Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olmuşdu. Komandamız həmin oyunlardan birincisində 5:1 hesabıyla qalib gəlmiş, cavab görüşündə 1:2 hesabıyla uduzmuşdu.

Xəbər 768 dəfə oxundu.