Azərbaycan basketbolçusu karyerasını Sloveniyada davam etdirəcək
Bakının NTD basketbol klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.

18 yaşlı basketbolçu bu ölkənin yüksək divizionunda çıxış edən “Hopsi Polzela” klubu ilə müqavilə imzalayıb. Poladxanlı Sloveniya liqasının üçqat çempionu ilə birillik sövdələşməyə qol çəkib.

Xəbər 896 dəfə oxundu.