"Sumqayıt" futbol klubu yoxlama oyunu keçirib
Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilməli olan "Qəbələ" - "Sumqayıt" oyunu təxirə salındığı üçün “Sumqayıt” komandası yaranmış fasilədən maksimum yararlanaraq iki yoxlama oyununa çıxıb.

Komanda 1-ci divizion təmsilçisi "Səbail" klubu ilə görüşüb. "Kapital Bank Arena"da keçən görüş 5:1 hesabı ilə başa çatıb. "Şahdağ"la keçirilən yoxlama oyunu isə 1:0 hesablı qələbə ilə bitib.

Xəbər 647 dəfə oxundu.