“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor Olimpiya Oyunlarında gümüş medala sahib olub
Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.

Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor 64 kiloqram çəkidə həlledici döyüşə çıxıb. Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.


Xəbər 1512 dəfə oxundu.