Güləşçimiz Xetaq Qazyumov Olimpiya Oyunlarının gümüş medalını qazanıb - YENİLƏNİB
Finaldakı rəqibi Frederik Kayl Sneyder olub. Xetaq Qazyumov döyüşü 1:2 hesablı məğlubiyyətlə başa vurub.

Xetaq Qazyumov (97 kq) yarımfinalda Ukrayna idmançısı Valerii Andriitsev üzərində 11:0 hesablı təmiz qələbə qazanaraq finala yüksəlib.

Xetaq Qazyumov dörddəbir finalda özbəkistanlı Maqomed İbrahimovu 10:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Xetaq Qazyumov (97 kq) səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.

X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 1406 dəfə oxundu.