“Rio-2016”: Azərbaycan gimnastı Marina Durunda final yarışlarında mübarizəyə başlayıb
“Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsinə start verilib.

Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda Olimpiadada fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparır. Onun rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina və Melitina Staniouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqarıstanlı Nevyana Vladinovadır.

Qaliblər top, gürz, lent və həlqələrlə hərəkətlərin yekununa əsasən müəyyənləşəcək.

Xatırladaq ki, Marina Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 26 idmançı arasında ilk səkkizliyə düşərək finalda iştirak etmək hüququ qazanıb.

Xəbər 1378 dəfə oxundu.