Marina Durunda “Rio-2016”da debüt edir
Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

Azərbaycanı Braziliyada təmsil edən gimnastımız Marina Durunda Olimpiadada debüt edir. Atletimiz çoxnövçülük yarışında mübarizəyə qoşulub. Avropa Oyunlarının gümüş medalçısı təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışacaq. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamalıdır.

İyirmi altı idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda səkkiz finalçı müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

Xəbər 682 dəfə oxundu.