Sumqayıt 2 yoxlama oyunu keçirəcək
Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutmalı olan "Qəbələ" - "Sumqayıt" oyunu məlum səbəblərdən təxirə salınıb. Bu səbəbdən Sumqayıt təmsilçisi yaranmış fasilədən maksimum yararlanmağa çalışır.

Belə ki, sözügedən komanda bu gün - avqustun 19-da 2 yoxlama oyunu keçirəcək. Sumqayıtlılar səhər saat 10:30-da "Şahdağ", 19:00-da isə "Səbail" klubu ili qüvvəsini sınayacaq. Hər iki qarşılaşma "Kapital Bank Arena"da baş tutacaq.

Xəbər 615 dəfə oxundu.