UEFA Avropa Liqası: “Qəbələ” komandası Sloveniyanın “Maribor” klubunu qəbul edəcək
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri oynanılacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” qrup mərhələsində təmsil olunmaq üçün ilk görüşünü keçirəcək.

Həlledici mübarizənin ilk “raund”unu evdə keçirəcək Roman Qriqorçukun yetirmələri Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək.

Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan “Qəbələ” bu dəfə də eyni nəticəni gerçəkləşdirməyə yaxındır.

Təsnifat mərhələlərində evdə keçirdiyi hər üç qarşılaşmada qələbə qazanan “Qəbələ” bu dəfə də çətin səfərdən öncə sərfəli nəticə əldə etməlidir.

İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək qəbələlilər yeni məkanında qalibiyyətlə yadda qala bilər.

“Qəbələ” – “Maribor” (Sloveniya) matçına saat 21:00-da start veriləcək.

Xəbər 773 dəfə oxundu.