Şahmat üzrə Naxçıvan şəhər birinciliyində 60 yeniyetmə idmançı mübarizə aparıb
Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən yeniyetmələr arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyində 8-12 yaş qrupunda 60 oğlan və qız şahmatçı mübarizə aparıb.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış İsveçrə sistemi ilə 7 turdan ibarət olub. Yekun nəticəyə əsasən, Samir Abbaslı, Nəsrin Cəfərli, Zahid Allahverdiyev, Murad Cəfərov, Ayxan Babayev müvafiq yaş qruplarında birinci yerləri tutublar.

Sonda qalib idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 746 dəfə oxundu.