Yuliya Ratkeviç Olimpiadada mübarizəni dayandırdı - YENİLƏNİB
Qadın güləşçimizin bürünc medal uğrunda görüşdə rəqibi tunisli Mərvə Əmri olub. Ratkeviç görüşün ilk dəqiqələrində fəal olsa da, sona 4 saniyə qalmış rəqibinə 6:3 hesabı ilə məğlub olub.

Yuliya Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə görüşdən məğlub ayrılıb.

Güləşçimiz Yuliya Ratkeviç yarımfinala vəsiqə qazanıb. Dörddəbir finalda güləşçimiz Kolumbiya təmsilçisi Jaklin Ryenteriyadan üstün olub.

Daha bir Azərbaycan güləşçisi “Rio-2016”ya qələbə ilə başlayıb.

Yarışda 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç səkkizdəbir finalda Ukrayna təmsilçisi Oksana Herhelə qalib gəlib.

Fotolar Dilavər Necefovundur

Xəbər 631 dəfə oxundu.