“Sumqayıt” futbol klubu məşqlərə başlayıb
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" futbol klubu 3 günlük istirahətin ardından məşqlərə başlayıb.

Hazırlıq prosesi "Kapital Bank Arena"da aparılır. Komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində işləyir. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Maqomed Kurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatı çərçivəsində avqustun 21-də “Qəbələ”nin qonağı olacaq.

Xəbər 681 dəfə oxundu.