Özbəkistan-Azərbaycan futzal oyunu heç-heçə yekunlaşıb
Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası Daşkənddə Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Millimizin qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Fabio Jose Poletto vurublar.

Xəbər 830 dəfə oxundu.