“Beşikdaş”ın prezidenti azərbaycanlı olacaqmı?
"Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov İstanbulun “Beşikdaş” klubunun prezidenti vəzifəsinə əsas namizəd sayılır. İdman.com.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Axşam” qəzeti məlumat yayıb. Türkiyədə yaşayan azərbaycanlı iş adamının bu posta seçilməısi klubun hazırkı prezidenti İldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının rəhbəri seçildikdən sonra, gerçəkləşəcəyi biləcəyi bildirilir. O, zaman “Beşikdaş”da da prezident vəzifəsinə seçkilər keçiriləcək.

Klubun idarə heyətindən dörd nəfərin - Murad Ağsu, Həsən Arat, Fikrət Orman və Sərdal Adalının namizədliyini irəli sürəcəyi məlumatı yayılıb. Lakin “Beşikdaş” düşərgəsindəki böyük çoxluq klubun maliyyə vəziyyətini yaxşılaşdıra bilən şəxslərin üzərində dayanır. Bunlar “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov və “Anadolu” Şirkətlər Qrupunun rəhbəri Tuncay Özilxandır. Bu iki namizəd sırasında isə Mənsimov favorit sayılır.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasına seçkilər fevralın 27-də keçiriləcək. Ertəsi gün isə “Beşikdaş” klubunun İdarə Heyətinin toplantısı olacaq. Həmin toplantıda klubun prezidentliyinə seçkinin vaxtı açıqlanacaq.

Xəbər 1084 dəfə oxundu.