Qarabağ artıq İsveçdədir
Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki ilk oyununda səfərdə "Qöteborq"la qarşılaşacaq "Qarabağ" ötən gün İsveçə yollanıb. Komandamız gecə saatlarında mənzil başına çatıb.

Ağdam təmsilçisi İsveçdə bu ölkədə yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, "Qöteborq" - "Qarabağ" matçı sabah keçiriləcək.

Xəbər 751 dəfə oxundu.