Qəbələ - Maribor matçına 2600 bilet satılıb
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Sloveniya "Maribor"u arasında keçiriləcək oyuna bilet satışı davam edir. Artıq bu görüşə 2600 bilet satılıb.

Qeyd edək ki, "Dalğa Arena" 6400 azarkeş tutumuna malikdir. İstisna deyil ki, yerdə qalan biletlər də tam satılsın.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.

"Qəbələ" - "Maribor" matçı sabah "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 726 dəfə oxundu.