“Liderliyi qorumaq üçün qələbə qazanmalıydıq”
“Bilirdik ki, liderliyi qorumaq üçün mütləq qələbə qazanmalıyıq. Üstəlik, “Rəvan” da ilk “altılıq” üçün oynayırdı”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib. O, klubunun rəsmi saytına Unibank Premyer Liqasının hesabat turunda “Rəvan”la keçirilmiş oyunla bağlı danışıb: “Topu özümüzdə daha çox saxlayıb, istədiyimiz oyunu göstərdik. Azarkeşlərimizə də minnətdarıq ki, gəlib bizi sona kimi dəstəklədilər”.
Qeyd edək ki, “Neftçi” – “Rəvan” matçı 1:0 hesabı ilə başa çatıb.

Xəbər 968 dəfə oxundu.