Sumqayıt növbəti tur üçün hazırlığını davam etdirir
Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahətin ardından məşqlərə start verib. Komanda bu günü iki məşqlə başa vurub.

"Sumqayıt Arena"da baş tutan hazırlıq prosesində komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində çalışıb. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Məhəmməd Qurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.

Xəbər 660 dəfə oxundu.