Rəsul Çunayev “Rio-2016”da Azərbaycana beşinci medalı qazandırıb - YENİLƏNİB
Rəsul Çunayev (66 kq) bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə 2 dəqiqə 20 saniyədə 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.

Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. Yarımfinalda 3:1 hesabı ilə məğlub olub. Güləşçimizin medal qazanmaq şansı davam edir. O, bürünc medal uğrunda güləşəcək.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Bu mərhələdə rəqibini ilk hissədə tam üstünlüklə 10:2 hesabı ilə məğlub etməyi bacarıb.

Rəsul Çunayev səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.

Kubalı rəqibinə qalib gələn Rəsul Çunayev az sonra başlayacaq növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) ilə üz-üzə gələcək.

Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.

Kubalı rəqibi Migel Martines Palasioya qalib gələn güləşçimiz səkkizdəbir finala yüksəlib.

Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 666 dəfə oxundu.