İntizam Komitəsinin iclası keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının II turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” və “İnter” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qəbələ” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə” klubunun 57 №-li futbolçusu Vüqar Namazalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı vaxt tribunaya qalxaraq azarkeşlərə qarşı təhqiredici hərəkətə yol verdiyinə görə 5 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.3) , (maddə 42.1) , (maddə 35).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Kəpəz” – AZAL matçının 85-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Seymur Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).

Xəbər 690 dəfə oxundu.