Güləşdə ilk medal - YENİLƏNİB
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.

Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub.Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, "London-2012"nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti "Rio-2016"nın bürünc medalına sahib olub və Azərbaycana üçüncü medalı qazandırıb.

Xəbər 763 dəfə oxundu.