Rodriginyu: "Tez bir zamanda "Neftçi"yə kömək edəcəm"
Unibank Premyer Liqasın çərçivəsində "Neftçi" - "Rəvan" klubları arasında keçirilmiş matçı izləyənlər arasında flaqmanın braziliyalı futbolçusu Rodriginyu da olub. İdman.com.az saytının məlumatına görə, o, hazırki durumu ilə bağlı klubun rəsmi saytına bunları deyib:

"Uzun müddətdir ki, Baziliyada müalicə olunuram. Ötən ay əməliyyat olundum. İndi bərpa keçirəm. Həm futbol oynamaq üçün, həm də komanda yoldaşlarım üçün darıxdım. Ona görə də, "Neftçi" - "Rəvan" oyununu gəlib stadiondan izlədim. Komanda yoldaşlarım sona kimi mübarizə aparıb layiqli qələbə qazandı. İstəyirəm ki, tez bir zamanda zədəmi sağaldıb komandama kömək edim".

Xəbər 889 dəfə oxundu.