Nəriman Abdullayev: Sotomayor medala layiqdir
Boks komandamızın məşqçisi Nəriman Abdullayev 64 kq-dək çəki dərəcəsində Lorenso Sotomayorun çıxışına qiymət verərək bildirdi ki, dəri əlcək ustası Rio rinqində öz çəkisinin favoritlərindəndir: «Lorenso bu gün əvvəlkindən daha parlaq döyüş keçirdi və daha ciddi rəqiblə fəal döyüş keçirib şəksiz qələbə qazandı, - deyən Nəriman Abdullayev əlavə etdi, - Onun hazırlıq səviyyəsi bu gün daha mükəmməl idi. Hər üç raundda çevikliyi ilə seçildi. O, bu yarışın medal favoritləri sırasında olduğunu bir daha əyani nümayiş etdirdi».

Komandanın ümumi imkanlarını qiymətləndirən mütəxəssis bildirdi ki, tam heyətlə Rio Oyunlarına gəlmiş kişilərdən ibarət komandanın əvvəlki olimpiadalarla müqayisədə daha çox fərqlənmək imkanı var.

Xəbər 618 dəfə oxundu.