Məhəmmədrəsul Məcidov Olimpiadada mübarizəni dayandırdı - YENİLƏNİB
Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Azərbaycan yığmasının daha bir üzvü ikinci döyüşünə çıxıb.

Superağır çəkidə (+91kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində gücünü sınayıb.

İlk mərhələdə mərakeşli Mohammed Arjaouiyə qalib gələn boksçumuz bu dəfə qazaxıstanlı İvan Diçkoya məğlub olub. İlk raundu məğlub bitirən idmançımız ikinci raundda zədələndiyinə görə, döyüş yarımçıq dayandırılıb.

Xəbər 819 dəfə oxundu.