«Ay-ulduzlular»ımızın rəqibinin daxili çempionatında hansı ulduzlar oynaya bilməyəcək?
Seçmə futbol komandası Azərbaycanla oyuna hazırlaşan Hindistan tarixində ilk milli çempionat təxirə salınıb. İdman.com.az saytı «Röyterz»-ə istinadən xəbər verirt ki, bunun çox maraqlı səbəbi də var. Ölkədə oyun keçirmək üçün stadion çatışmazlığı var. Hələ üstəlik bu arenaların istismiarı məqsədilə yerli icra hakimiyyətləri ilə də anlaşmaq lazımdır.

Bütün bunlar isə heç də az vaxt aparmayacaq. Deyək ki, martın əvvəlində başlaması nəzərdə tutulan Hinldistan çempionatında Fabio Kannavaro, Ernan Krespo və Rober Pires və daha bir neçə məşhur veteran futbolçunun qatılmalı olduğu çempionatın startı aprelin sonuna qədər təxirə salınıb.

Xəbər 986 dəfə oxundu.