Tennisçi Rafael Nadal ikiqat Olimpiya çempionu olub
İspaniyalı tennisçilər Rafael Nadal və Mark Lopes “Rio-2016” Yay Olimpiya Oyunlarında cütlüklərin yarışında qızıl medal qazanıblar.

Final görüşündə Rafael Nadal - Mark Lopes cütlüyü rumıniyalı Florin Merqya – Xori Teçeu duetindən üstün olub – 6:2, 3:6, 6:4.

İki saat 26 dəqiqə davam edən görüşdə ispaniyalı tennisçilər cəmi 1 dəfə ikili səhv ediblər.

Beləliklə, R.Nadal ikinci Olimpiya çempionluğuna sevinib. Tennisçi ilk qızıl medalını 2008-ci ildə Pekində təşkil olunan Olimpiya Oyunlarında şəxsi yarışlarda qazanmışdı.

Xəbər 946 dəfə oxundu.