Nani ən bahalı ola bilər
İngiltərə «Mançester Yunayted»i portuqaliyalı yarımmüdafiəçi Naniyə yeni müqavilə təklif etməyə hazırlaşır. İdman.com.az saytının məlumatına görə, onun cari müqaviləsinin müddəti 2014-cü ildə başa çatacaq. Son məlumatlara görə, «Qırmızı şeytanlar» həftəyə 130 min funt sterlinq təklif etməklə futbolçunun komandanı tərk etmək niyyətlərinin qarşısını almaq istəyirlər.

Bununla da o, klub tarixinin ən bahalı futbolçusuna çevrilə bilər. Nani hazırda həftəyə 90 min funt alır. Qeyd edək ki, o, 2007-ci ildə Portuqaliya «Sportinq»indən 18 milyon funta alınıb. «Mançester Yunayted»in heyətində 186 oyun keçirib və 34 qol vurub.

Xəbər 1098 dəfə oxundu.