Rioda Yay Olimpiya Oyunlarında Anna Skidan13-cü oldu
Ötən gecə daha bir Azərbaycan idmançısı mübarizəyə qoşulub.

Anna Skidan çəkic tullama yarışlarında qüvvəsini sınayıb. O, bu mübarizədə 70,09 metr məsafə ilə öz qrupunda 16 iştirakçı arasında yeddinci olub.

Yekun siyahıda isə 32 iştirakçı arasında 13-cü yerlə kifayətlənən Skidan finala vəsiqə qazana bilməyib.

Bu, Skidanın ikinci Olimpiadası idi. O, London Olimpiadasında Ukrayna yığmasının heyətində mübarizə aparıb.

Xəbər 742 dəfə oxundu.