“Rio-2016”: Azərbaycan boksçusu Kamran Şahsuvarlı dörddəbir finalda
Avqustun 13-də “Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Azərbaycan yığmasının üzvü Kamran Şahsuvarlı rinqə çıxıb. 75 kiloqram çəkidə mübarizə aparan təmsilçimizin səkkizdəbir finalda rəqibi rusiyalı Artyom Çebotaryov olub. Təcrübəli boksçumuz Rusiya təmsilçisinə iki raundda (2:1) qalib gəlib.

Əvvəlki mərhələdə çin idmançısı Zao Minqqanqı məğlub edən boksçumuz dörddəbirdə qazaxıstanlı boksçu - dünya çempionu Zhanibek Alimxanlı ilə üz-üzə gələcək.

Xəbər 884 dəfə oxundu.