Bakı Şahmat Olimpiadasında iştirak edəcək komandaların heyəti açıqlanıb
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi saytında yarışlarda iştirak edəcək bütün komandaların heyəti açıqlanıb.

Rəsmi saytın “Komandalar” bölməsində planetin nüfuzlu yarışında təmsil olunacaq 180 ölkənin şahmatçılarının adları qeyd olunub.

Ölkələrin komandalarında dünyanın aparıcı şahmatçıları yarışacaqlar. 42-ci Ümumdünya Şahmat Olimpiadasının reytinq-favoritində orta reytinqi 2700-dən çox olan kollektivlər – Azərbaycan, Rusiya, ABŞ və Çin komandaları yer alıb. Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Norveç komandasında yarışacaq.

Kişi komandalarının heyəti ilə aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür: www1.bakuchessolympiad.com

Ümumdünya Şahmat Olimpiadasının oyun günləri sentyabrın 2-6-da, 8-13-də olacaq.

Xatırladaq ki, Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə qərarı Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyası İstanbulda keçirdiyi konqresdə qəbul edib. Olimpiadanın keçirilməsinə Albena və Tallinn şəhərləri də iddialı olub, lakin Bolqarıstan və Estoniyanın müraciətləri qəbul edilməyib.

Xəbər 731 dəfə oxundu.