Çimərlik futbolu üzrə Azərbaycan millisi Bolqarıstan yığmasına böyük hesabla qalib gəlib
Avqustun 12-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş “FİFA Dünya Kuboku-2017” turnirinin Avropa komandaları arasında seçmə mərhələsində ilk oyununu keçirib.

Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqləniblər.

Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

Xəbər 615 dəfə oxundu.