45-minlik arena 2013-cü ildə hazır olacaq
2013-cü il universiadasına ev sahibliyi edəcək Tatarıstan paytaxtı Kazanda yeni stadionun inşası gələn il martın 1-də başa çatdırılacaq. İdman.com.az saytının məlumatına görə, Tələbə Oyunlarının başlanmasına 500 gün qalmış Tatarıstan Nazirlər Kabinetinin keçirdiyi brifinqdə deyilib ki, tikinti-quraşdırma işləri əvvəlcədən tərtib olunmuş plana uyğun aparılır. İşlərin 25-40 faizi artıq başa çatdırılıb.

Qeyd edək ki, uqniversiada gələn ilin iyulunda keçiriləcək. Bu arena həm də 2018-ci ildə futbol üzrə Dünya Kubokunun görüşlərini də qəbul etməyə iddialıdır. İnşaatla bağlı maraqlı bir neçə məqamı da qeyd etmək yerinə dşər. Areanın hündürlüyü 49,36 metr olacaq. Burada inşaat dirəklərinin sayı 18,3 min təşkil edəcək. «Taif Arena» adlanacaq stadionun tamaşaçı tutumu 45 min olacaq.

Xəbər 904 dəfə oxundu.