Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı
Rio Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışlarına yekun vurulacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində tatamiyə çıxacaq təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. Avropa çempionatının bürünc medalçısı mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.

Yığmamızın ən ağır çəkili cüdoçusu səkkizdəbir finalda yaponiyalı idmançı Hisoyoşi Harasavaya rəqib olub.

Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda isə Hisoyoşi Harasava (Yaponiya) ilə gücünü yoxlayıb. Təəssüf ki, 1/16 finalda görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Uşanqi ipponla uduzub.

Bununla da cüdoçularımız Riodakı çıxışını yekunlaşdırıblar.

Fotolar Dilavər Nəcəfovundur


Xəbər 774 dəfə oxundu.