“Rio-2016”: Kanada və ABŞ üzgüçüləri eyni göstərici ilə Olimpiya rekordu müəyyən ediblər
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 16 altı yaşlı kanadalı üzgüçü Penni Oleksyak və 20 yaşlı ABŞ idmançısı Simone Manuel Olimpiya rekordu müəyyənləşdirərək birinci pilləni bölüşüblər.

Qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında hər iki idmançı 52.70 saniyə nəticə göstərib. Hər iki idmançıya qızıl medal təqdim olunub.

Bürünc medalı isə 52.99 saniyə nəticə ilə İsveç idmançısı Sara Şesterom qazanıb.

Avstraliyalı dünya rekordçusu Keyt Kempbell isə yarışı 6-cı pillədə başa vurub.

Xəbər 758 dəfə oxundu.