“Rio-2016”: Kişilərin stolüstü tennis yarışlarında çinli idmançı Olimpiya çempionu olub
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunları davam edir.

Kişilər arasında stolüstü tennis yarışlarında Olimpiya çempionu müəyyənləşib.

Final görüşündə çinli Ma Lun həmvətəni Çjan Tsike ilə qarşılaşıb. Görüş Ma Lunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bürünc medal isə Yaponiya təmsilçisi Dzyun Midzutaniyə qismət olub. Üçüncü yer uğrunda görüşdə yaponiyalı tennisçi belaruslu Vladimir Samsonovdan üstün olub.

Xəbər 758 dəfə oxundu.