KONKAKAF-dan Azərbaycan-2012-yə
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına seçmə xarakteri daşıyan KONKAKAF kubokunun püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, mayın 2-dən 12-dək Qvatemalada təşkil olunacaq yarışda 8 komanda mübarizə aparacaq.

«A» qrupunda ABŞ, Meksika, Trinidad və Tobaqo, Baham adaları, «B» qrupunda isə Qvatemala, Kanada, Yamayka və Panama mübarizə aparacaq. Çempionatın 3 mükafatçısı Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazanacaq.
Qeyd edək ki, ölkəmizdəki dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək davam edəcək.

Xəbər 947 dəfə oxundu.