“Neftçi”-“Zirə” matçının yeri dəyişdirilib
“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Klub ev oyunlarını keçirdiyi “Bakcell Arena”da bərpa işlərinin aparıldığını əsas gətirərək, “Zirə” ilə ikinci turda keçiriləcək matçın yerinin dəyişdirilməsini xahiş edib.

Bunları nəzərə alan PFL Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində “Neftçi”–“Zirə” qarşılaşmasının avqustun 14-də saat 20:00-da “Əlincə Arena”da keçirilməsinə qərar verib.

Xəbər 825 dəfə oxundu.