ABŞ üzgüçüsü Olimpiya Oyunları tarixində mütləq rekorda sahib olub
Əfsanəvi amerikalı üzgüçü Maykl Felps “Rio-2016”da mütləq rekord sahibi olub.

21-ci Olimpiya çempionluğuna “Rio-2016”da yiyələnən M.Felps Olimpiya tarixinin bütün dövrləri üzrə ən titullu idmançı adını qazanıb. O, növbəti qızıl medalını batterflay üsulla 200 metr məsafəyə estafet üzgüçülüyündə qazanıb. Bundan başqa, otuz bir yaşlı atlet 25 (21 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanan yeganə amerikalı üzgüçüdür.

Titullu idmançı bu mükafatları karyerası ərzində beş - Sidney, Afina, Pekin, London və “Rio-2016” Yay Olimpiya Oyunlarında əldə edib. Amerikalı idmançı nailiyyətlərinin sayına görə ən mötəbər idman yarışı tarixində mütləq rekordçudur.

Xəbər 703 dəfə oxundu.