“Rio-2016”: ABŞ medal sıralamasında liderliyini davam etdirir
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında altı günlük gərgin idman mübarizəsindən sonra 57 ölkənin atletləri medallara sahib ola biliblər.

Aktivində iki gümüş medal olan yığma komandamız bu göstərici ilə 39-cu sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. Azərbaycandan başqa, hesabında iki gümüş medal olan əlavə iki ölkə var – Danimarka və İndoneziya.

Hazırda Olimpiadaya hesabında 16 qızıl, 12 gümüş və 10 bürünc medal olan ABŞ liderlik edir. Çin 11 qızıl, 8 gümüş, 11 bürünc medalla ikinci, Yaponiya 7 qızıl, 2 gümüş və 13 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Avstraliya (5-4-6), Koreya Respublikası (5-2-4), Macarıstan (5-1-1), Rusiya (4-8-7), Böyük Britaniya (4-6-6), Almaniya (4-3-1) və İtaliya (3-6-3) tamamlayır.

Xəbər 943 dəfə oxundu.