“Qarabağ” komandası Topaz Premyer Liqasının cari mövsümündə ilk qələbəsini qazanıb
Avqustun 11-də futbol üzrə Topaz Premyer Liqasının ikinci turuna start verilib.

“Kapital Bank Arena”da “Sumqayıt” komandası ölkə çempionu “Qarabağ”ı qəbul edib.

Görüşün ilk hissəsində qapılara top vurulmayıb. Matçın 52-ci dəqiqəsində “Qarabağ”ın furbolçusu Muarram Muarram hesabı açıb – 1:0. Görüşün 84-cü dəqiqəsində Dani Kintana ikinci topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, “Qarabağ” komandası cari mövsümdə ilk qələbəsini qazanıb - 2:0.

Tur çərçivəsində avqustun 12-də “Qəbələ”-“İnter”, bir gün sonra isə “Kəpəz”-“AZAL” görüşləri keçiriləcək. İkinci tura avqustun 13-də “Neftçi”-“Kəpəz” oyunu ilə yekun vurulacaq.

Xəbər 860 dəfə oxundu.