"Neftçi" – "Zirə" oyunu "Əlincə Arena"da keçiriləcək
"Bakcell Arena” renovasiya işləri ilə əlaqədar olaraq bağlandığı üçün Topaz Premyer Liqasının II turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyunu "Əlincə Arena” stadionunda baş tutacaq. Avqustun 14-də saat 20:00-da başlanacaq oyunda iştirak etmək istəyən jurnalistlərin stadiona rahat gedib-gəlmələri üçün "Neftçi” PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da "Gənclik” metro stansiyası yaxınlığından ("Bazar Store” ilə üzbəüz) yola düşəcək.

Xəbər 731 dəfə oxundu.